Azərbaycanda cibgirlik edən 67 yaşlı qadın tutulub

Azərbaycanda cibgirlik edən 67 yaşlı qadın tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
28 Oktyabr , 2015 16:46
Azərbaycanda cibgirlik edən 67 yaşlı qadın tutulub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda cibgirliklə məşğul olan 67 yaşlı qadın tutulub. "Report"un məlumatına görə, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Güleydə Manafova Tovuz bazarında oğurluq edərkən saxlanılıb. 

Tovuz Rayon Polis Şöbəsindən "Report"a bildirilib ki, G.Manafova bundan əvvəl də müxtəlif rayonlarda cibgirliklə məşğul olub: "Bazara toyuq almaq adıyla gələn G.Manafova kənardan öz həmcinslərini izləyərək onlara qarşı oğurluq edib. Rusiyada da bir neçə dəfə oğurluq edərək saxlanılan G.Manafovanın sonuncu qurbanları isə Zərnigar Müseyibova və Nüşabə İsmayılova olub. Cibgir adıçəkilən qadınların 170 manat nağd pulunu və mobil telefonunu götürərək aradan çıxmağa çalışsa da, Tovuz polisi tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi