Azərbaycanda borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılıb

Azərbaycanda borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılıb Bakı. 14 avqust. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb və onların 18-i “isti izlər”lə açılıb.
Hadisə
14 Avqust , 2018 08:28
Azərbaycanda borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılıb

Bakı. 14 avqust. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb və onların 18-i “isti izlər”lə açılıb.

DİN-dən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi