Azərbaycanda boğazında nar dənəsi qalan 7 aylıq körpə ölüb

Azərbaycanda boğazında nar dənəsi qalan 7 aylıq körpə ölüb Uşaq Bakıya gətirilərkən yolda dünyasını dəyişib
Hadisə
21 Oktyabr , 2015 16:29
Azərbaycanda boğazında nar dənəsi qalan 7 aylıq körpə ölüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Zaqatalada 7 aylıq körpənin boğazında nar dənəsi qalıb. "Report"un məlumatına görə, hadisə rayonun Qımır kəndində baş verib. 

Belə ki, 7 aylıq körpə olan Ruqiyə Elnur qızı Məmmədova naməlum şəraitdə nar dənəsini yeyib və nar dənəsi onun tənəffüs yollarını bağlayıb. 

Xəstə dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ağır tənəffüs çatışmazlığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, uşağın vəziyyəti ağır olduğundan Bakıya göndərilib və xəstə yolda ölüb. 

Xəstənin yaxın qohumu Həsən Ramazanov "Report"a bildirb ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından körpənin Bakıya aparılması üçün təcili tibbi yardım maşını verilməyib.

Son xəbərlər

Orphus sistemi