​Azərbaycanda bir məhkəmənin iki hakimi barəsində araşdırmalara başlanılıb

​Azərbaycanda bir məhkəmənin iki hakimi barəsində araşdırmalara başlanılıb Bu halda isə hakim haqqında beş prosedurdan biri tətbiq oluna bilər
Hadisə
17 Yanvar , 2015 10:32
​Azərbaycanda bir məhkəmənin iki hakimi barəsində araşdırmalara başlanılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda haqqında intizam icraatına başlanılan daha bir hakimin adı məlum olub.

Bu barədə "Report"a ədliyyə orqanlarından bildirilib.

Bu, Bakı Şəhər Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyevdir.

E.Nuriyev 1976-cı il ildə anadan olub. O, 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin və 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 2013-cü ildən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimidir.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən 3 hakim barədə intizam icraatına başlanılıb. Buna səbəb vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqları göstərilib. Bundan əvvəl həmin hakimlərdən birinin adı məlum idi. Bu, Nizami rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovdur.

Qeyd edək ki, İntizam İcraat Proseduruna görə hakim haqqında MHŞ-ya müraciət etmək hüququna Ali Məhkəmənin sədri, Naxçıvan MR-nin Ali Məhkəməsinin sədri, Apelyasiya məhkəmələrinin sədrləri, Ədliyyə Nazirliyi, fiziki və hüquqi şəxslər malikdir. MHŞ daxil olan müraciətə 3 ay müddətində baxır və intizam icraatının başlanılması və ya belə icraatın başlanılması barədə müraciətin təmin edilməməsi haqqında qərar qəbul edir. MHŞ intizam icraatının başlandığı gündən 3 ay müddətinə məsələni bir qayda olaraq hakimin iştirakı ilə araşdırır və qərar qəbul edir. Hakim üzürlü səbəblərdən intizam icraatında iştirak edə bilmədikdə və ya icraat üzrə əlavə araşdırma tələb olunduqda bu müddət MHŞ-nın qərarı ilə uzadılır.

Hakimin hərəkətində intizam məsuliyyətinə cəlbetmə üçün əsaslar müəyyən edilərsə "Məhkəmə və Hakimlər haqqında" qanunun 112-ci (Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası) maddəsinə uyğun olaraq qərar qəbul olunur. Qərar təqdim edildiyi gündən 20 gün ərzində şikayət verilməzsə  qüvvəyə minir. Bu halda isə hakim haqqında beş prosedurdan biri tətbiq oluna bilər. Bu sıraya aiddir:

1. Hakimə irad tutulur;

2. Hakimə töhmət verilir;

3. Hakimin vəzifədən aşağı salınması barədə Azərbaycan Respublikası Prezidentinə təklif verilir;

4. Hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təklif verilir;

5. Hakimin səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təklif verilir.

Son xəbərlər

Orphus sistemi