Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub

Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub Onlardan 6 nəfərinin meyiti sudan çıxarılıb, Orxan Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür
Hadisə
21 İyul , 2016 12:07
Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

İyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Şabran rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.

Nazirlikdən bildirilib ki, 6 nəfərin meyiti sudan çıxarılıb. Orxan Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi