Yuxarı

Azərbaycanda bıçaqlanma hadisələrinə görə 4 nəfər tutulub

Saxlanılan şəxslər istintaqa təqdim olunub

Bakı. 6 dekabr. REPORT.AZ/ Bakı və Gəncə şəhərlərində bıçaqlanma hadisələri olub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ), 19-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Nəriman Muradova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini Vüsal Kazımov tutulub.

Qaradağ rayonunun Sahil qəsəbəsində də bıçaqlanma olub. Dekabrın 5-də qəsəbə sakini Xəyyam Musayev münaqişə zəminində həmyerlisi Cavid Xancanova bıçaqla xəsarət yetirib. Qaradağ RPİ, 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Musayev tutulub.

Bakının Xətai rayonu ərazisində də bıçaqlanma olub. Rayon ərazisində Bakı şəhər sakini Vüsal Əhmədov münaqişə zəminində paytaxt sakini Sahil Hüseynova bıçaqla xəsarət yetirib. Xətai RPİ, 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub.

Gəncə şəhərində isə 17 gün əvvəl baş verən bıçaqlanma hadisəsinin üstü açılıb. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Anar Paşayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Tural Hüseynov tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi