Yuxarı

Azərbaycanda beş nəfərlik dəstə il ərzində 13 evdən oğurluq edib

Dəstə üzvləri evlərdən pul, qızıl və məişət əşyaları oğurlayıblar

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanda oğurluğa görə tutulan 5 nəfərlik dəstənin bir il ərzində daha 12 evdən oğurluq etdikləri məlum olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, Əliyusif Fərəcov, Ruslan Hüseynov, Ələkbər Hüseynov, Əlvan Zeynalov və Orxan Zeynalov oğurluq etdiklərinə görə, iyunun 23-də tutulublar. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların ötən il fevralın 11-dən bu ilin aprelin 13-dək olan müddətdə daha 12 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi