​Azərbaycanda beş dəfə məhkum olunmuş şəxs oğurluq edərkən tutulub

​Azərbaycanda beş dəfə məhkum olunmuş şəxs oğurluq edərkən tutulub Zərərçəkənlərin sayının artacağı istisna olunmur
Hadisə
27 Oktyabr , 2015 16:41
​Azərbaycanda beş dəfə məhkum olunmuş şəxs oğurluq edərkən tutulub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Gədəbəydə cibgirliklə məşğul olan şəxs saxlanılıb. "Report"un məlumatına görə, əvvəllər 5 dəfə məhkum olunmuş Gəncə sakini 40 yaşlı Alim Məmmədov mal-heyvan bazarında özünü müştəri kimi təqdim edərək satıcının cibindən 1 300 manatdan çox nağd pul oğurlayıb. 

Gədəbəy Rayon Polis Şöbəsindən "Report"a bildirilib ki, A.Məmmədov oktyabr ayının 25-də səhər saatlarında oğurluq etdiyi zaman saxlanılıb: "Goranboy rayon sakini, hazırda Gədəbəydə yaşayan Kamil Məmmədovun cibindən 1 382 manat pul oğurlayan Gəncə sakini Alim Cabir oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı oğurladığı pul maddi sübut kimi götürülüb".

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. A.Məmmədovun əməllərindən zərərçəkənlərin sayının artacağı istisna olunmur. 

Son xəbərlər

Orphus sistemi