Azərbaycanda bələdiyyə sədri yol qəzası zamanı ağır yaralanıb

Azərbaycanda bələdiyyə sədri yol qəzası zamanı ağır yaralanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
3 Avqust , 2016 16:02
Azərbaycanda bələdiyyə sədri yol qəzası zamanı ağır yaralanıb

Daşkəsən. 3 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 53 yaşlı Akif Əziz oğlu Muradov İdarə etdiyi NİVA markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı tərəfdən gələn "QAZ- 24" markalı avtomobillə toqquşub.

Nəticədə NİVA-nın sürücüsü A.Muradov və onun sərnişini Sabir Camalov müxtəlif bədən xəsarətləri alıb və Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiyə şöbəsinə yerləşdiriliblər. 

Xəstəxanadan verilən məlumata görə, A.Muradov kəllə-beyin travması, S.Camalov isə döş qəfəsinin sınığı xəsarəti alıb, hər iki yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. 

Qeyd edək ki, NİVA-nın sürücüsü A.Muradov Daşkəsən rayonunun Zəylik kənd bələdiyyəsinin sədridir.

Son xəbərlər

Orphus sistemi