Azərbaycanda bankdan 228 min manat oğurlayan əcnəbiyə hökm oxunub

Azərbaycanda bankdan 228 min manat oğurlayan əcnəbiyə hökm oxunub Azərbaycanda külli miqdarda oğurluqda təqsirləndirilən əcnəbi Abbas Moazzama hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
3 Avqust , 2022 16:48
Azərbaycanda bankdan 228 min manat oğurlayan əcnəbiyə hökm oxunub

Azərbaycanda külli miqdarda oğurluqda təqsirləndirilən əcnəbi vətəndaş Abbas Moazzama hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, A.Moazzam Azərbaycandakı bankların birindən 228 min 418 manat pulu oğurluq yolu ilə ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi