Yuxarı

Azərbaycanda banka borcu olan şəxs polisi aldadıb

Araşdırmalar davam etdirilir

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanda banka borcu olan şəxs polisi aldadıb.

“Report” DİN-ə istinadən xəbər verir ki, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq “Daewoo” markalı avtomobilinin alındığını bildirib.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı N.Nəhmədovun “Nikoil Bank”a olan kredit borcundan yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi