Azərbaycanda bank kartlarından oğurluq edən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda bank kartlarından oğurluq edən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
23 Sentyabr , 2019 15:34
Azərbaycanda bank kartlarından oğurluq edən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Səddam Nəzərli dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini deyib. O bildirib ki, 40 min manat pul ələ keçirib. Baxış iclası sentyabrın 30-na təyin edilib. 

Qeyd edək ki, S.Nəzərli ötən ilin dekabr ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb. O, xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların müştərilərinə məxsus kartlardan külli miqdarda pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılmasında ittiham edilir. Saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

Rəsmi məlumata görə, onun, ümumilkdə, 700 min manata yaxın məbləği oğurladığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bakı şəhər sakini Səddam Nəzərli əvvəllər də məhkum olunub. 

Son xəbərlər

Orphus sistemi