Azərbaycanda azadlıqdan məhrum edilənlərin sayı artıb

Azərbaycanda azadlıqdan məhrum edilənlərin sayı artıb Ötən il 4 nəfər ömürlük cəza alıb
Hadisə
16 Sentyabr , 2016 10:33
Azərbaycanda azadlıqdan məhrum edilənlərin sayı artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda ötən il 7830 nəfər azadlıqdan məhrum edilib ki, onlardan 4-ü ömürlük cəza alıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azadlıqdan məhrum edilənlər arasında 2 il cəza alanlar (3510) üstünlük təşkil edib.

10-15 il müddətinə azadlıqdan məhrum edilənlərin sayı 455 nəfər olub.

2010-cu illə müqayisədə ömürlük həbs edlənlərin sayında azalma qeydə alınsa da, ümumi məhkum edilənlərin sayında artım olub.

Belə ki, 2010-cu ildə 6409 nəfər məhkum edilib, onlardan 15 nəfərinə ömürlük cəza verilib. Həmin vaxt iki il azadlıqdan məhrum edilənlərin sayı 2516, 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilənlərin sayı isə 381 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi