Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.
Bu barədə "Report"a
Belə ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan A.Babayev tutulub.
Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “VAZ-2107” markalı avtomobildən 5 qramdan artıq marixuana aşkar edilərək götürülüb.