Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan vətəndaşı Rusiya və Qazaxıstan arasında dövlət sərhədini keçməyə çalışıb.
"Report" Rusiyanın FTX-nin Həştərxan vilayəti üzrə Sərhəd İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verir ki, adı açıqlanmayan 54 yaşlı Azərbaycan vətəndaşı Volqoqraddan Qazaxıstana getmək istəyərkən saxlanılıb.
Sənədlərə baxış zamanı onun vətənində axtarışda olduğu müəyynələşib. Belə ki, üç aydır Azərbaycan hüquq-mühafizə orqanlarından gizlənən şəxs fırıldaqçılıqda təqsirləndirilir.
Azərbaycan vətəndaşı saxlanıldıqdan sonra polisə təslim edilib.