Yuxarı
    Bağlamaq

    Azərbaycanda axtarışda olan cinayətkarların və itkin düşənlərin sayı açıqlanıb

    İtkin düşənlərdən 142-si yeniyetmələrdir

    Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə 926 nəfər itkin düşmüş şəxs qeydə alınıb ki, onlardan 142 nəfəri 14-18 yaş arası yeniyetmə və gənclər olub.

    "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə axtarışda olan cinayətkarların sayı 3451 nəfər olub. Onlardan 18-i cəzaçəkmə müəssisələrindən qaçıb. İstintaq, təhqiqat və məhkəmələrdən yayınaların sayı 3415 nəfər olub. Axtarışda olan cinəyatkarların 38-i 14-18 yaşadək uşaqlardır. 

    Dövlətin təhlükəsizliyi əleyhinə olan cinayətlərə yol verənlərdən 23 nəfəri də axtarışda olanlar arasındadır. Hərbi xidmətdən boyun qaçıranların 36-sı, hərbi xidmət əlehinə cinayət törədənlərin isə, 190 nəfəri axtarışdadır. Axtarışda olan şəxslər arasında isə ən çox dələduzlar (775 nəfər), və oğrulardır (332 nəfər). 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi