​Azərbaycanda “avtoş”luq videoları sosial şəbəkələrdə yayılan şəxs həbs olunub

​Azərbaycanda “avtoş”luq videoları sosial şəbəkələrdə yayılan şəxs həbs olunub Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib
Hadisə
12 Noyabr , 2014 12:53
​Azərbaycanda “avtoş”luq videoları sosial şəbəkələrdə yayılan şəxs həbs olunub
Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün öncə elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı “Ağçiçəyim” şadlıq sarayının ətrafında naməlum sürücünün "VAZ-2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülərlə bağlı açıqlama yayıb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edillib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus “VAZ-2107” markalı avtomobillə edib. Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.   

Son xəbərlər

Orphus sistemi