Azərbaycanda avtomobildə yük-müşayiət sənədlərində göstərilməyən mallar aşkar olunub

Azərbaycanda avtomobildə yük-müşayiət sənədlərində göstərilməyən mallar aşkar olunub Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Mart , 2017 14:32
Azərbaycanda avtomobildə yük-müşayiət sənədlərində göstərilməyən mallar aşkar olunub
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Almaniyadan Azərbaycana sərbəst dövriyyə üçün gətirilən və Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsində olan "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib. 

DGK-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində gömrük orqanına bəyan olunmayan və yükün müşayiət sənədlərində göstərilməyən 49 adda yeyinti məhsullu, müxtəlif yuyucu vasitələr, spirtsiz içkilər və şirələr, dezodorantlar və 4 ədəd velosiped aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi