Azərbaycanda avtomobil qəzaları zamanı 3 piyada ölüb

Azərbaycanda avtomobil qəzaları zamanı 3 piyada ölüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
26 Dekabr , 2014 13:19
Azərbaycanda avtomobil qəzaları zamanı 3 piyada ölüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda avtomobil qəzaları zamanı iki qadın, bir kişi piyada ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Nigar Həşimova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı da qadın piyada ölüb. Rayonun Dördlər kəndində rayon sakinləri Fikrət Həsənovun idarə etdiyi “Mercedes” və Elmir Novruzovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Daha sonra “Mercedes” markalı avtomobil yolun kənarında dayanan rayon sakini Hacıxanım Həmzəyevaya dəyib. H.Həmzəyeva xəstəxanaya aparılarkən yolda ölüb. Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ağcabədi rayonunda baş verən qəza zamanı yolu keçən kişi piyada ölüb. Rayonun Yeni Qaradolaq kəndində Laçın rayon sakini Ceyhun Mirzəyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Həziyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.  Qəza ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi