Yuxarı

Azərbaycanda avtomobil qaçıran qadın saxlanılıb

Hər iki faktla bağlı araşdırmalar aparılır

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda cinayət törədən iki qadın saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Məmmədova məxsus “Volkswagen” markalı avtomobili qaçıran Bakı şəhər sakini Rəqsanə Quliyeva saxlanılıb.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Hüseynova məxsus mağazadan 1400 manat dəyərində qızıl əşyalar oğurlayan Salyan rayon sakini Mətanət Mehdiyeva tutulub.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi