Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda avtomat silahı satan şəxs saxlanılıb.
"Report" DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.