​Azərbaycanda ata və oğulun meyiti traktorun içində tapılıb

​Azərbaycanda ata və oğulun meyiti traktorun içində tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Noyabr , 2015 12:55
​Azərbaycanda ata və oğulun meyiti traktorun içində tapılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan ata və oğlu traktorun içinə su dolması nəticəsində ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, kənd sakinləri - Fərrux Mahmudov oğlu Əlövsətlə birgə “Belarus” markalı traktorda evdən çıxıb və geri qayıtmayıb.

Noyabrın 6-da Arpaçay çayının Çəmənli kəndinin ərazisindən keçən hissəsində F.Mahmudovun və Əlövsətin suda boğulmuş meyitləri traktorun içərisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi