Azərbaycanda Amnistiya aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb

Azərbaycanda Amnistiya aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb Çəzaçəkmə müəssisələrindən azadlığa çıxan məhkumlardan 43 nəfəri qadındır
Hadisə
174
13 İyul , 2016 17:42
Azərbaycanda Amnistiya aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanda Amnistiya aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Pentensiar Xidmətdən "Report" verilən məlumata görə, Amnistiya aktı bu günə kimi cəzaçəkmə müəssisələrində saxlanılan 2000-dən çox şəxsə şamil edilib. Onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Çəzaçəkmə müəssisələrindən azadlığa çıxan məhkumlardan 43 nəfəri qadındır. Qurumdan bildirilib ki, Amnistiya aktının icrası davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə Milli Məclis mayın 20-də Amnistiya aktı qəbul edib. Aktın icrasına iyunun 15-də başlanılıb. 

Amnistiyanın ümumilikdə 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi