Azərbaycanda aktyorun qardaşının evindən iki dəfə oğurluq edilib

Azərbaycanda aktyorun qardaşının evindən iki dəfə oğurluq edilib Zərərçəkən polisə müraciət edib
Hadisə
6 Oktyabr , 2016 12:27
Azərbaycanda aktyorun qardaşının evindən iki dəfə oğurluq edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda aktyorun qardaşının evindən iki dəfə oğurluq edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə Ceyhun Qarayevə məxsus fərdi yaşayış evindən dəyəri 1500 manatdan çox olan qızıl-zinyət əşyaları oğurlanıb. Polisə müraciət edən zərərçəkənin sözlərinə görə, anoloji hadisə ötən ilin bu ayı ərzində də baş verib.

Həmin hadisə zamanı C.Qarayevə məxsus evdən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) müraciət olunub. Araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi C.Qarayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elnar Qarayevin qardaşıdır.

Son xəbərlər

Orphus sistemi