Azərbaycanda ahıl qadını avtomobil vuraraq öldürüb - FOTO

Azərbaycanda ahıl qadını avtomobil vuraraq öldürüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Sentyabr , 2015 17:23
Azərbaycanda ahıl qadını avtomobil vuraraq öldürüb - FOTO

Bakı. 29 sentyabr. REPORT.AZ/ Qubada ahıl qadını maşın vurub. "Report"un məlumatına görə, hadisə Quba-Qonaqkənd yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində baş verib. 

Quba sakini, 24 yaşlı Nəsib Qubadov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, 79 yaşlı Sərfinaz Şirinbəy qızı Mirzəliyevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi