Azərbaycanda ahıl ər-arvad döyülüb

Azərbaycanda ahıl ər-arvad döyülüb Onların vəziyyətlərinin ağır olduğu bildirilir
Hadisə
18 Sentyabr , 2015 12:22
Azərbaycanda ahıl ər-arvad döyülüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ötən gecə Qaxda ahıl ər-arvad döyülüb. "Report" xəbər verir ki, rayonun Qaxingiloy kənd sakini, 80 yaşlı Qriqor Babusaşvili və onun həyat yoldaşı, 1937-ci il təvəllüdlü Elo Nuraşvilinin yaşadığı evə basqın edən şəxslər onları döyüblər. 

Ağır bədən xəsarətləri alaraq huşlarını itirən ahıl ər-arvad qonşuların koməkliyilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi