Azərbaycanda 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 4-ü işdən çıxarılıb

Azərbaycanda 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 4-ü işdən çıxarılıb Bakı. 30 iyul. REPORT.AZ/ Bu ilin ilk 6 ayında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 4-ü vəzifədən azad edilib.
Hadisə
30 İyul , 2018 16:59
Azərbaycanda 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 4-ü işdən çıxarılıb

Bakı. 30 iyul. REPORT.AZ/ Bu ilin ilk 6 ayında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 4-ü vəzifədən azad edilib.

“Report”un xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov məlumat verib.

Müşavirədə tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Son xəbərlər

Orphus sistemi