Azərbaycanda 6 nəfəri ilan sancıb

Azərbaycanda 6 nəfəri ilan sancıb Onlardan 5-i müalicə olunduqdan sonra evə buraxılıb
Hadisə
18 İyun , 2015 17:02
Azərbaycanda 6 nəfəri ilan sancıb

Bakı. 18 iyun. REPORT.AZ/ "İyunun 1-dən bu günə kimi 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ən çox ilan sancmaları ilə bağlı müraciət edilib. Bunun da əsas səbəbi yay fəslinin quraq keçməsidir". Bu barədə "Report"a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

O bildirib ki, bu müddət ərzində şöbəyə 6 nəfər ilan sancmış şəxs müraciət edib. Şöbə müdirinin sözlərinə görə, onlardan 5-i müalicə olunduqdan sonra evə buraxılıb: "Yalnız 1 nəfər kişi hazırda müalicəsini klinikada davam etdirir. İlan sancmasına görə, ölüm halı qeydə alınmayıb".

A.Maqsudov qeyd edib ki, iyunun 1-dən bu günə kimi allergik reaksiya ilə bağlı klinikaya 7 nəfər müraciət edib: "1 nəfər isə sirkə turşusundan zəhərlənib". 

Son xəbərlər

Orphus sistemi