Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verilib

Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verilib Daha 4 məhkəmə sədri işində yol verdiyi nöqsan və çatışmazlıqlara görə aşağı vəzifəyə keçirilib
Hadisə
21 Dekabr , 2018 19:30
Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanda pozuntulara yol verdiklərinə görə 6 hakimin səlahiyyətlərinə xitam verilib. 

"Report"un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də keçirilən iclasında qeyd olunub. 

Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.

Son xəbərlər

Orphus sistemi