Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır.
Hadisə
133
27 Dekabr , 2018 19:53
Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır. 

"Report"un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilmiş kollegiya iclasında məlumat verilib. 

Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi