Azərbaycanda 35 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs olunub

Azərbaycanda 35 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs olunub Faktla bağlı cinayət işi başlanılıb, instintaq aparılır
Hadisə
18 İyul , 2016 13:13
Azərbaycanda 35 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs olunub

Ucar. 18 iyul. REPORT.AZ/ Ucar rayon sakinindən narkotik maddə olan heroin götürülüb. "Report"un Şirvan bürosunun xəbərinə görə, rayon sakini 60 yaşlı Qadir Məmməd oğlu Abdullayev sübhəli səxs qisimində saxlanılıb. Onun yaşadığı evə polis tərəfindən baxış keçirilən zaman ümumi çəkisi 1,9 qram narkotik vasitə olan heroin götürülüb. 

Ucar Rayon Məhkəməsinin qərarı ilə Q.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, saxlanılan Q.Abdullayev ümumilikdə Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə 35 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı CM-in 234.1 maddəsi ilə cinayət işi başlanılıb, instintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi