​Azərbaycanda 24 yaşlı qız itkin düşüb - FOTO

​Azərbaycanda 24 yaşlı qız itkin düşüb - FOTO Şəlalə Adəm qızı Rüstəmova iyulun 31-də evdən xəbərsiz gedib və bir daha geri qayıtmayıb
Hadisə
18 Avqust , 2015 12:42
​Azərbaycanda 24 yaşlı qız itkin düşüb - FOTO

Bakı. 18 avqust. REPORT.AZ/ Ucar rayon sakini itkin düşüb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayonun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova iyulun 31-də evdən xəbərsiz gedib və bir daha geri qayıtmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub.

Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi