Azərbaycanda 23 yaşlı qız itkin düşüb - FOTO

Azərbaycanda 23 yaşlı qız itkin düşüb - FOTO Səidə Abdurəhmanovanı görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan polisə xəbər vermələri xahiş olunur
Hadisə
19 İyun , 2015 20:06
Azərbaycanda 23 yaşlı qız itkin düşüb - FOTO

Bakı. 19 iyun. REPORT.AZ/ İsmayıllının Zərnava kənd sakini Yusif Abdurəhmanov 04.06.2015-ci il tarixdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan qızı, 04.01.1992-ci il təvəllüdlü Səidə Abdurəhmanovanın bu il iyun ayının 2-də saat 12.00 radələrində evdən xəbərsiz çıxaraq getdiyini, bir daha geri qayıtmadığını bildirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Səidə Abdurəhmanovanın xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, gözlərinin rəngi şabalıdı, saçları uzun və qara rəngli, sifəti ağbənizdir.

Evdən çıxan zaman Səidənin əynində tünd göy rəngli cins şalvar, ön hissəsində qırmızı rəngli gül şəkilləri olan qısaqol ağ köynək, tünd göy rəngli gödəkçə, ayağında isə göy idman çəkməsi olub.

Səidə Abdurəhmanovanı görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi