​Azərbaycanda 22 yaşlı qadın intihar etmək istəyib

​Azərbaycanda 22 yaşlı qadın intihar etmək istəyib Tünzalə Nəcəfova sirkə turşusu içərək özünə qəsd etməyə cəhd göstərib
Hadisə
24 Oktyabr , 2015 23:28
​Azərbaycanda 22 yaşlı qadın intihar etmək istəyib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Salyanda intihara cəhd hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə rayon mərkəzindən 40 km. aralıda yerləşən I Varlı kəndində baş verib.

Həmin kənddə yaşayan, 1993-cü il təvəllüdlü Tünzalə Müslüm qızı Nəcəfova sirkə turşusu (uksus) içərək özünə qəsd etməyə cəhd göstərib. Bundan tez xəbər tutan ailə üzvləri dərhal onu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada Tünzalə Nəcəfovaya ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün o, Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin əsl səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi