​Azərbaycanda 20 yaşlı qız və 43 yaşlı kişi itkin düşüb - FOTO

​Azərbaycanda 20 yaşlı qız və 43 yaşlı kişi itkin düşüb - FOTO Onları görənlərdən polisə məlumat vermələri xahiş olunur
Hadisə
19 Fevral , 2016 12:13
​Azərbaycanda 20 yaşlı qız və 43 yaşlı kişi itkin düşüb - FOTO

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda iki nəfər itkin düşüb. “Report”un məlumatına görə, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı bu il yanvarın 11-də Bərdə şəhərində, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə yanvarın 23-də yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu isə 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi