Əfvə düşənlərdən 2 nəfəri ömürlük məhkum olunandır

Əfvə düşənlərdən 2 nəfəri ömürlük məhkum olunandır Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 2 nəfər ömürlük məhkuma da şamil edilib.
Hadisə
7 Aprel , 2020 10:43
Əfvə düşənlərdən 2 nəfəri ömürlük məhkum olunandır
0 : 00
0 : 00

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 2 nəfər ömürlük məhkuma da şamil edilib.

"Report"un məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

O deyib ki, həmin şəxslərdən biri 20 il, digəri isə 25 il cəza çəkib.

Ə.Nuriyev qeyd edib ki, bundan başqa, 2 nəfər də Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb:

"25 nəfər isə nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunan şəxslərdir".

Son xəbərlər

Orphus sistemi