​Azərbaycanda 15 yaşlı gəlin intihar edib

​Azərbaycanda 15 yaşlı gəlin intihar edib Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
5 Avqust , 2015 10:43
​Azərbaycanda 15 yaşlı gəlin intihar edib

Bakı. 5 avqust. REPORT.AZ/ Bərdə rayonunda intihar hadisəsi baş verib. “Report”un xəbərinə görə, Elçin Əsədov küçəsində rayon sakini, 2000-ci il təvəllüdlü Gülçin Əlizadə yaşadığı evin həyətində özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, G.Əlizadənin ailəsi rayonun qaraçı məhəlləsində yaşayıb. O, yenicə ailə qurubmuş.

Son xəbərlər

Orphus sistemi