Azərbaycanda 15 il əvvəl törətdiyi cinayətə görə həbs edilən şəxs məhkəmədə ifadə verib

Azərbaycanda 15 il əvvəl törətdiyi cinayətə görə həbs edilən şəxs məhkəmədə ifadə verib “Qandalı həmin kişinin qoluna vura bilmədim”
Hadisə
1 Noyabr , 2016 15:36
Azərbaycanda 15 il əvvəl törətdiyi cinayətə görə həbs edilən şəxs məhkəmədə ifadə verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra P.Hüseynov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. P.Hüseynov bildirib ki, yalnız Bakı kəndlərindən birində bağ evinə edilən basqında iştirak edib: "Həmin cinayəti Cahangir adlı şəxs təşkil edib. Onun vasitəsilə Məmmədtağı və Nazim Babayevi tanımışam. Nazim bizi həmin bağ evinə aparıb. Həmin şəxsi də cəmi bir dəfə orada görmüşəm. Həmin hadisə zamanı mən də “Makarov” tipli tapança və qandal olub. Qandalı ona görə götürmüşdüm ki, evinə basqın etdiyimiz kişinin qoluna vurum. Amma qandalı həmin kişinin qoluna vura bilmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Azərbaycanda bu cinayətdən əvvəl iki dəfə məhkum olunub: "Bağ evinə basqın edəndən sonra Rusiyaya getmişəm. Orada isə oğurluq etdim deyə həbs olundum".

Proses noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, P.Hüseynov Bakıda 2000-ci ildə digər 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək şəhər sakini öldürməyə cəhd edib. Onlar şəhər sakinləri qarşı quldurluq əməlləridə törədərək pul alıblar. Digər 3 nəfər saxlanılıb. P.Hüseynov isə cinayətdən yayınaraq, Rusiya Federasiyasına qaçıb. O, bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. P.Hüseynov 2015-ci ildə Azərbaycana qayıdarkən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi