Yuxarı

​Azərbaycanda 14 yaşlı məktəbli qız qaçırılıb

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda 14 yaşlı qız qaçırılıb. "Report"un məlumatına görə, hadisə rayonun Şənlik kəndində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Rasta Səfərova həmkəndlisi 23 yaşlı Sadiq Rasim oğlu Fərzəliyev tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Rayon polis şöbəsindən verilən məlumata görə, hadisə günorta saatlarında Şənlik kənd orta məktəbin yaxınlığında baş verib.

Kənd sakini Sadiq Fərzəliyev əvvəlcədən planlaşdırlmış şəkildə yaxın dostları Bəhruz Abdullayev, Samir Kazımov və Namiq Əhmədovla əlbir olaraq Rasta Səfərova məktəbdən çıxıb evə gedərkən zorla azyaşlı qızı avtomobilə mindirərək qacırıblar. VII sinif şagirdi olan Rasta Səfərova Ağdam rayonuna aparılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxlər həbs edilib,14 yaşlı qız isə valideynlərinə təhvil verilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 144.3.4 maddəsilə cinayət işi başlanıb istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi