Azərbaycanda 13 il əvvəl qətl törədən şəxslərin məhkəməsi başlayır

Azərbaycanda 13 il əvvəl qətl törədən şəxslərin məhkəməsi başlayır 2008-ci ildə Gəncə şəhər sakini Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə
Hadisə
15 Dekabr , 2021 17:37
Azərbaycanda 13 il əvvəl qətl törədən şəxslərin məhkəməsi başlayır

Azərbaycanda 13 il əvvəl qətl törədən şəxslərin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2008-ci ildə Gəncə şəhər sakini Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib.

İbtidai istintaqla müəyyən edilib ki, Gəncə şəhər sakinləri - Seymur Salayev və dostu Şəhriyat Qirin 1940-cı il təvəllüdlü Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq 13 may 2008-ci il tarixdə, saat təxminən 21 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, planlaşdırdıqları talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.

Cinayət işi üzrə toplanan sübutlarla Seymur Salayev və Şəhriyat Qirin Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi