Azərbaycana xeyli sayda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

Azərbaycana xeyli sayda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb Bakı. 6 oktyabr. REPORT.AZ/ Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan Azərbaycana “vaz 21214” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
6 Oktyabr , 2018 13:48
Azərbaycana xeyli sayda  pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana “vaz 21214” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin arxa oturacağının altında yanacaq çənin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 35 qutu üzərində "Mega Black Devil" yazısı olan protexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi