Bakı. 17 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Bu fakt Urumçi-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18 322 ədəd qida əlavəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

