Bakı. 16 fevral. REPORT.AZ/
Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki örtüyün alt hissəsinə düzülmüş, üzərində "Marlboro Edge" sözləri yazılan 2 200 ədəd, üzərində "Parliament Silver Blue" sözləri yazılan 400 ədəd, üzərində "R1" sözləri yazılan 200 ədəd siqaretlər və nəqliyyat vasitəsinin mühərrikindən 2 400 ədəd, üzərində "Qilzı papirosnıe" yazılan, tütün doldurmaq üçün xüsusi kağız bükümlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.