Azərbaycana qanunsuz yolla külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Aprel , 2017 10:09
Azərbaycana qanunsuz yolla külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb
Customs.gov.az

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycana qanunsuz yolla külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21070" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa və ön oturacaqlarının altından, salonundan gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 9000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi