Bakı. 21 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı avtomobildəki dərman qutusunun içərisindən gömrük orqanına bəyan edilməyən 5 ədəd "Samsung Galaxy J 3" markalı mobil telefonlar, mobil telefonlara aid 5 ədəd qutu, nəqliyyat vasitəsinin salonundan 5 ədəd qidalandlrıcı başlıq və 5 ədəd USB kabeli, yük yerindən isə gömrük nəzarətindən gizlədilən 400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.