Azərbaycana qanunsuz gətirilən ekstazini yaymaq istəyən şəxslər həbs olunub

Azərbaycana qanunsuz gətirilən ekstazini yaymaq istəyən şəxslər həbs olunub Külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb
Hadisə
17 mart 2017 13:41
Azərbaycana qanunsuz gətirilən ekstazini yaymaq istəyən şəxslər həbs olunub

Bakı. 17 mart. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilən külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb.

Bu barədə “Report”a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu saxlanılıblar.

Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi