Yuxarı

Rusiyadan Azərbaycana güclü təsir edən maddənin gətirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz dərman gətirmək istədi, saxlanıldı

Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində "PGN 300" yazısı olan 11 kapsul "Lyrica (preqabalin)" dərman pereparatı aşkar olunub.

Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi