Azərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon və pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon və pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb Faktlarla bağlı təhqiqat aparılır
Hadisə
10 Dekabr , 2014 12:12
Azərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon və pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb
Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycana qaçaqmalçılıq yolu ilə mobil telefon və pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşı Babayev İsa Sabir oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin mühərrik sisteminin yanından və avtomobilin yük yerindən 1889 ədəd pirotexniki vasitələr və 43 ədəd müxtəlif markalı mobil telefonlar aşkarlanıb. Həmçinin Rusiya Federasiyasından (RF) Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına idxal nəqliyyat xətti ilə gələn RF vətəndaşı Qorodinski Artur Alekseyeviçin idarə etdiyi “Lada 219110” markalı, minik avtomobilinə isə gömrük baxışı zamanı həmin avtomobilin yük yerindən və avtomobilin salonundan 1 ədəd dəyənək, 213 ədəd müxtəlif markalı mobil telefonlar və 176 ədəd mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətinə bəyan olunmayan şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı DGK-nin İstintaq İdarəsində təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi