Yuxarı

​Azərbaycana qaçaqmal siqaret gətirmək istəyən şəxs saxlanılıb

Faktla bağlı cinayət işi qaldırılıb

Bakı. 5 mart. REPORT.AZ/ Dağıstan Gömrük Xidmətinin əməkdaşları Məhərrəmkənd gömrük məntəqəsində dövlət sərhədini gömrük orqanlarına bəyan olunmamış siqaret partiyası ilə keçməyə cəhd göstərən Azəraycan vətəndaşını saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinə istinadən RİA "Daqestan" məlumat yayıb.

"Vətəndaş Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçmək istəyib. Əl yükündə aparılan yoxlama zamanı 1200 ədəd "Parliament Agua Blue", "Kent HD Navy Blue", "Winston" markalı siqaretlər aşkar edilib. Siqaret məmulatları barədə gömrük orqanına məlumat verilməyib. Bu səbəbdən onlar götürülərək əmtəəşünaslıq ekspertizasına göndərilib", – deyə idarənin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bütün zəruri ekspertiza prosedurları aparıldıqdan sonra faktla bağlı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsi üzrə cinayət işi qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi