Azərbaycana psixotrop maddə gətirməkdə ittiham edilən İran vətəndaşına hökm oxunub - YENİLƏNİB

Azərbaycana psixotrop maddə gətirməkdə ittiham edilən İran vətəndaşına hökm oxunub - YENİLƏNİB Bakı. 27 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Mart , 2018 15:07
Azərbaycana psixotrop maddə gətirməkdə ittiham edilən İran vətəndaşına hökm oxunub - YENİLƏNİB

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Albari 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


*** 12:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında G.Albarinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə kollegiyası hökmü elan etmək üçün müşavirə otağına yollanıb. Hökm günün ikinci yarısında elan ediləcək.

İttiham aktına əsasən, G.Albari İrandan Azərbaycana psixotrop maddə gətirib. O, həm psixotrop maddənin satışında, həm də istifadəsində təqsirli bilinir.

G.Albari məhkəmədə ittihama münasibət bildirərkən özünü qismən təqsirli bildiyini söyləyib. O deyib ki, psixotrop maddənin istifadəçisi olub, amma satış məqsədilə əldə etməyib.

G.Albari söyləyib ki, üzərindən aşkar edilən maddə İranda apteklərdə açıq şəkildə satışdadır və dərman kimi istifadə olunur: "Həmin dərmanın Azərbaycanda psixotrop maddələr siyahısında olduğundan məlumatım yox idi".

Son xəbərlər

Orphus sistemi